Səfir Bakıda Ibis oteli ilə tanış olub [fr]

Azərbaycanın turizm sahəsində gözəl gələcəyi var. Covid19-dan sonrakı həyatı hazırlamaq üçün Fransada olduğu kimi Azərbaycanda da turizm sektoru işçilərinin və şirkətlərin dəstəyi prioritet təşkil edir. İqtisadiyyatın, rayonların, məşğulluğun və ölkənin çiçəklənməsi üçün onlar mühüm iştirakçılardır.

Fransada turizm fəaliyyətinin tədricən yenidən bərpası iyun ayından bəri Fransızlara və Avropalılara ailəvi və dostlarla görüşməyə imkan verib. İstiqamətlərimizin zənginliyi və müxtəlifliyi onlara mədəniyyətlərimizi, qastronomiyamızı və irsimizi yenidən kəşf etməyə imkan verir. Ümid edirik ki, Azərbaycanlılar da bu gözəlliklərdən tezliklə yararlana biləcəklər.

Bakıda Ibis otelinin (Accor Qrup) sentyabrda baş tutacaq açılışından məmnunuq və Azərbaycanın tezliklə turizm fəaliyyətini bərpa etməsini və bununla da yeni qonaqların qarşılamasını arzulayırıq.

publié le 11/07/2020

haut de la page