Rusiya Federasiyasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Fransa Respublikasının Prezidentinin bəyanatı [fr]

Biz, Rusiya Federasiyasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Fransa Respublikasının Prezidenti, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edərək, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki son dövrdəki şiddətin eskalasiyasını ən kəskin şəkildə pisləyirik.

İnsan itkilərindən kədərlənirik və həlak olanların ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik.

Müvafiq hərbi qüvvələr arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq.

Biz, həmçinin Ermənistan və Azərbaycan liderlərini Minsk Qrupu həmsədrlərinin rəhbərliyi altında vicdanla və ön şərt olmadan substantiv danışıqları təxirə salmadan davam etdirməyə çağırırıq.

publié le 01/10/2020

haut de la page