Rişard Qalyano Bakıda (25.10.2017) [fr]

Fransa ilə Azərbaycan arasındakı diplomatik əlaqələrin 25 illiyi münasibətilə dünyaca məşhur akkordeon ifaçısı, fransız caz musiqisinin canlı əfsanəsi Rişard Qalyano Elektra Events Hall-da konsert proqramı ilə çıxış etmişdir. İfaçını, 2000-ci ildən etibarən Azərbaycan Opera və Balet teatrının baş dirijoru, Mstislav Rastropoviç kimi dahi dirijorla birlikdə fəaliyyət göstərmiş Yalçın Adıgözəlovun rəhbərliyi ilə Bakı Sinfonik Orkestrı müşaiyət etmişdir.

Konsertdə çoxsaylı publika ilə yanaşı Fransa Səfiri Xanım Oreliya Buşez və Mədəniyyət Naziri Cənab Qarayev də iştirak etmişdir.

Rişard Qalyano caz (Çet Baker, Eddi Luis, Ron Karter, Çarlie Haden, və s.) və şanson musiqisinin (Serj Reqqiani, Klod Nuqaro, Barbara, Jorj Mustaki) ən məşhur simaları ilə birgə ifa edib.

Musiqiçinin internet saytı ilə tanış olun : http://www.richardgalliano.com/

Photos / AZERTAC

Ambassadrice de France en Azerbaïdjan, Aurélia Bouchez
Richard Galliano à Bakou
Richard Galliano à Bakou
Richard Galliano à Bakou
Yalchin Adigezalov, chef d'orchestre de l'Opéra Ballet d'Azerbaïdjan

publié le 02/11/2017

haut de la page