Qubada “Fransız Şəhərciyi", 23-29 iyul 2018.

Hər il olduğu kimi bu il də, Azərbaycanda Fransız İnstitutu Bakı və rayonlardakı məktəb və universitetlərdə fəaliyyət göstərən fransız dili müəllimlərinə həsr olunmuş « Fransız Şəhərciyi » təşkil etdi.

Təlimlər gözəl mənzərəli təbiət qoynunda, xüsusi ayrılmış şale evlərdə keçirildi.
Sorbon Paris III Universitetinin FLE – Fransız dili xarici dil kimi müəllimi Dominik Taffen Juo və İFA-nın müəllimi Azelma Həsənovanın təlimləri altında, 24 nəfər fransız dili müəllimi « Fransız Şəhərciyi »- nin iştirakçısı oldu. Bu təlimlər əsasən şifahi və yazılı ifadəyə yönəldilmişdi.

Təlimlərin logistik təşkilatçılığı, Fransa Səfirliyinin keçmiş əməkdaşı Ramal Xosrovzadənin yaratdığı Caucasus Education şirkətinə həvalə olundu.

JPEG

publié le 06/08/2018

haut de la page