Qısamüddətli Şengen vizası (90 günə qədər)

1- Ümumi məlumat

Fransanın Azərbaycandakı səfirliyi Fransaya getmək arzusunda olan əcnəbilərə viza verir. O, təmsilçi qismində həmçinin İspaniya, Portuqaliya, Lüksemburq, Belçika və Hollandiyaya getmək arzusunda olan əcnəbilərə viza verir. Şengen məkanına daxil olan bir neçə ölkəyə səfər nəzərdə tutularsa əsas səfər nəzərdə tutulan ölkənin səfirliyi səlahiyyətli hesab edilir. Səfərlərin müddəti eyni olarsa birinci giriş nəzərdə tutulan ölkənin səfirliyi səlahiyyətli hesab edilir.

Şengen vizası 180 gün ərzində 90 gündən çox olmayan müddət üçün verilir.

Şengen vizası Fransa dənizaşırı departamentləri və əraziləri üçün yalnız onun üzərində aidiyyətli departamentlərin və ya ərazilərin adlarının dəqiq göstərildiyi halda etibarlı hesab edilir.

Yay istirahəti dövründə (may ayından sentyabradək) viza almaq istəyənlərin sayı çox olduğu üçün viza sənədlərinin səfərdən 2-3 həftə əvvəl təqdim edilməsi tövsiyyə olunur.

Viza azı 3 iş günü ərzində hazırlanıb verilir. Əlavə məsləhətləşmələr lazım gələrsə bu müddət daha çox ola bilər.

Sizin pasportunuz viza müddəti bitdikdən sonra daha 3 ay etibarlı olmalı və onun ən azı 2 təmiz səhifəsi olmalıdır. Əgər sizin 2 beynəlxalq pasportunuz varsa və onlardan birində qüvvədə olan Şengen vizası varsa, siz hər 2 beynəlxalq pasportunuzu təqdim etməlisiniz. Son üç il ərzində alınmış Şengen vizalarının surətinin təqdim edilməsi mütləqdir.

Viza anketləri fransız və ya ingilis dillərində aydın oxunan qaydada doldurulmalıdır. Onlarda mütləq tarix və viza almaq istəyənin və ya azyaşlını təmsil edən şəxsin imzası olmalıdır. Valideynlərinin pasportunda qeydiyyatda olmasından asılı olmayaraq hər bir azyaşlı tam sənədlər qovluğu təqdim etməlidir.

Viza almaq istəyənlərdən sənədlər qovluğunun tərkibinə diqqət etmələri xahiş olunur. Viza almaq üçün təqdim edilən sənədlər qovluğu tam olmalı və sənədlər siyahıda göstərilən sıra qaydasında təqdim edilməlidir. Natamam sənədlər qovluğu qəbul edilməyəcək.

2- Sənədlərin təqdim edilməsi

Sənədlər sizə əvvəlcədən təyin olunmuş gün və saatda qəbul edilir. Onlar sizə verilmiş talonun üzərində göstərilib.

Biometrik məlumatların (barmaq izləri və rəqəmsal foto-şəkil) götürülməsi üçün viza üçün müraciət edənlərin və həmçinin uşaqların gəlməsi mütləq vacibdir.

Viza müraciəti ən azı 3 iş günü ərzində nəzərdən keçirilir. Əlavə məsləhətləşmələrə ehtiyac olduqda bu müddət daha çox ola bilər.

3- Viza rüsumları

12 yaşından yuxarı hər şəxs üçün qısamüddətli Şengen vizasının qiyməti 35 EUR təşkil edir (sənədlər təqdim olunan gün Fransa səfirliyində qüvvədə olan kursa əsasən manatla ödənilir). Rüsum sənədlər təqdim olunan gün nağd ödənilir.
Aşağıdakı viza növləri üçün heç bir ödəniş tələb olunmur :

- 12 yaşadək uşaqlar (milliyyətindən asılı olmayaraq)

- Fransız dili müəllimlərı

- Fransa vətəndaşının həyat yoldaşı

- Avropa Birliyi vətəndaşının həyat yoldaşı

- Fransa hökumətinin təqaüdçüləri

- Diplomatik və ya xidməti pasportu olanlar

Diqqət: Sənədlərin öyrənilməsi üçün alınan rüsum viza verilmədikdə və ya səfər təxirə salındıqda geri qaytarılmır.

Vizanın növü və rüsumu

4- Təqdim olunacaq sənədlərin siyahısı

Viza müraciəti edənlərin nəzərinə çatdırılır ki, onlar sənədlər qovluğuna diqqət yetirsinlər. Viza müraciəti qovluğu tam olmalı və nüsxədə təqdim olunacaq sənədlərin siyahisi və düzülüsü asagidaki qayda üzrədir. Sizin beynəlxalq pasportunuz vizanın müddəti başa çatdıqdan sonra 3 ay etibarlı olmalı, iki təmiz səhifəsi və son 10 ildə verilmiş olmalıdır. Əgər sizin iki beynəlxalq pasportunuz varsa və onlardan birində etibarlı Şengen vizası varsa, siz hər iki pasportu təqdim etməlisiniz.

Son 3 ildə aldığınız Şengen vizalarının foto surətini təqdim etməyiniz mütləqdir.

DİQQƏT: Sənədlərin tam olması mütləq viza verilməsinə təminat vermir.

Bundan başqa, siyahıda göstərilənlərdən əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.

Viza müraciəti blankları lazımı qaydada, oxunaqlı şəkildə Fransız və ya İngilis dillərində doldurulur. Blanklarda tarix göstərilməli və onlar viza müraciəti edənlər tərəfindən, azyaşlılar üçün isə onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır.

Hər bir azyaşlı üçün tam sənədlər qoöluğu təqdim edilməlidir, uşaqlar valideynlərinin pasportunda qeydiyyatda olduqları halda da bu qaydaya riayət olunmalıdır.

Səfərinizin məqsədindən asılı olaraq təqdim etməli olduğunuz sənədlərin siyahısı ilə tanış olun :

4.1- Turist səfəri

Təqdim etməli sənədlərin siyahısı

4.2- Peşəkar səfər

Təqdim etməli sənədlərin siyahısı

4.3- Rəsmi pasport

Təqdim etməli sənədlərin siyahısı

4.4- Ailə və ya şəxsi səfər

Təqdim etməli sənədlərin siyahısı

4.5- Təhsil

Təqdim etməli sənədlərin siyahısı

4.6- Avropa Birliyi və ya Avropa İqtisadi Məkanı üzvü olan ölkənin vətəndaşının ailə üzvü

Təqdim etməli sənədlərin siyahısı

4.7- Himayədə olmayan valideyn

Təqdim etməli sənədlərin siyahısı

4.8- Fransız vətəndaşının həyat yoldaşı

Təqdim etməli sənədlərin siyahısı

5- Şengen vizası üçün müraciət blankları

- Fransız dilində

- İngilis dilində

6- Pasportların geri götürülməsi

Viza vərəqəsi (vignette) üzərində yazılar nəyi bildirir?

7- Fransa sərhəddinin keçilməsi barədə xəbərdarlıq

Hər bir xarici vətəndaş (bundan azad olan ölkələrin vətəndaşlarından başqa) Fransa sərhəddini keçərkən, viza vurulmuş və etibarlılıq müddəti qüvvədə olan pasportundan əlavə lazım gələrsə aşağıdakı sənədləri də təqdim etməlidir:

•Fransada səfərdə olma şərtlərini əsaslandıran sənədlər (turist səfəri üçün: mehmanxanada otaq sifarişi, təşkil olunmuş gəzintiyə yazılma; işgüzar səfər üçün: işə götürənin məktubu, fransız qurumunun dəvət məktubu; şəxsi səfər üçün: yaşayış yeri ilə təmin etməyi öhdəsinə götürən şəxsin imzası ilə öhdəçilik sənədi);

•Fransada səfərə imkan verən, maddi vəsaiti təsdiq edən, sənədlər (nağd pul, səyahət çekləri, qüvvədə olan beynəlxalq kredit kartları….)

•Öz ölkəsinə qayıdış zəmanəti (təyyarə bileti,...).

Səfirliyin sizə verdiyi viza avtomatik olaraq Şengen Ərazisinə daxil olmağa icazə verən sənəd deyil. Şengen Ərazisinə daxil olmağa və ya onu qadağan etməyə hüququ olan həlledici şəxs miqrasiya xidmətinin nümayəndəsidir.

Əlavə məlumat almaq üçün siz viza şöbəsinin aşağıdakı ünvanına müraciət edə bilərsiniz:
visas.bakou-amba@diplomatie.gouv.fr

publie le 03/11/2017

hautdepage