Qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda dəirmi masa [fr]

Bazar ertəsi 9 dekabr 2019 – Bakı – Landmark

Fransanın Azərbaycandakı Səfirliyi və Avropa Birliyi Nümayəndəliyi, Azərbaycan Dövlət Ailə, Qadın və Uşaq Komitəsi ilə tərəfdaşlıqda, 9 dekabr tarixində qadınlara qarşı zorakılıqla mübarizə mövzusuna həsr olunmuş konfrans təşkil etdi. Bu konfrans, 25 noyabr - Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına həsr olunmuş 16 günlük qlobal kampaniya çərçivəsində həyata keçirildi.

Bu konfransın açılışı, Fransanın ölkəmizdəki səfiri cənab Zacharie Gross, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prezidenti xanım Hicran Hüseynova, eləcə də, Avropa Birliyi Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri xanım Simona Gatti tərəfindən edildi.

Müzakirələr, Fransadanın Qadın və Kişilər arasında Bərabərlik üzrə Ali Şuranın keçmiş baş katibi xanım Kler Giro və “Təmiz Dünya” qadın sığınacağının rəhbəri Mehriban Zeynalovanın çıxışları ətrafında baş tutdu.

Bu mübadilələr, qadınlara qarşı zorakılıqla mübarizədə Fransada aparılan dövlət siyasətinin tərəqqisini və bu baxımdan ictimai fikirlərin səfərbər olunmasının vacibliyini vurğulamağa imkan verdi.

Bakıda olan missiyası zamanı, xanım Giro eyni mövzuda digər görüşlərdə də iştirak etdi: bu münasibətlə, Landmarkın kino-klubunda Frederik Bedosun "Qadınlar və kişilər" filminin nümayişi, Fransız İnstitutunda həmmüəllifi olduğu "Bilməyənlər üçün feminizm” kitabının təqdimatı və Dillər Universitetinin fransızdilli tələbələri ilə mübadilə təşkil olundu.

publié le 20/01/2020

haut de la page