Qadınlara qarşı zorakılıq - BMT Qadınlar Təşkilatı yeni maarifləndirmə kampaniyasına başlayır

Qadınlara qarşı zorakılıq - BMT Qadınlar Təşkilatı yeni maarifləndirmə kampaniyasına başlayır

Qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün, hökümət bu gün nazirliklərarası 5-ci planı elan edəcək və plana əsasən büdcə xərcləri də artacaq.
Fransada hər üç gündən bir, qadın həyat yoldaşı tərəfindən zorakılıqların qurbanı olur. Cümə günü, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması beynəlxalq gün münasibətilə, BMT Qadınlar Fransa Təşkilatı ORANGE DAY kampaniyasına başlayacaq.

Cümə günü başlayan bu kampaniya 16 gün davam edərək dekabr ayının 10-da - beynəlxalq insan hüquqları günü yekunlaşacaq.

Bu il BMT Qadınlar Fransa Təşkilatı dəyəri 10 avro olan qolbağ satışını təklif edir və bununla hər bir kəs qadınlara qarşı zorakılıq hallarının qarşısını alınması uğrunda mübarizədə öz iştirakını sübut etmiş olur.

BMT Qadınlar Fransa Təşkilatı həmçinin ilk dəfə olaraq Orange Day Champion mükafatını təsis edib. Bu mukafat doğru iş naminə fəaliyyətini əsirgəməyən təşkilata, yerli özünüidarə orqanına və ya məktəbə bir neçə gündən sonra təqdim olunacaq.

JPEG

publie le 16/12/2016

hautdepage