Pulsuz onlayn fransız və frankofon audiovizual təklif [fr]

Bu karantin müddətində bir çox fransız və fransızdilli audiovizual mənbə pulsuz və onlayn olaraq açıqdır. Bundan maksimum yararlanmağınız üçün aşağıdakı seçimləri təqdim edirik:

1 -ARTE TV :

Fransız-alman ictimai kanalı.
Arte.tv platforması bütün dünyada movcuddur. Proqramların bir hissəsi fransız, alman, ingilis, ispan və s. dillərində təqdim edilir. https://www.arte.tv

2-TV5 MONDE :

OIF-ə (Organisation Internationale de la Francophonie – Beynəlxalq Frankofoniya Təşkilatı) bağlı olan frankofoniyanın televiziya kanalı Fransız, Belçika, İsveçrə, Kanada və digər ölkələrin kanallarının bir çeşidini təqdim edir: http://www.tv5monde.com/
Həmçinin, uşaqlara həsr olunmuş Tivi5Monde : https://www.tivi5mondeplus.com/ və « yaşama incəsənəti » : https://style.tv5monde.com/ kanalları da internet üzərindən tamaşamılara açıqdır.

TV5 MONDE kanalının təkrar yayım şəbəkəsi, efirdə gedən proqramlara təkrar baxmağa imkan verir : https://revoir.tv5monde.com/
Bundan başqa, TV5MONDE saytı müxtəlif tematikalara aid rəqəmsal mənbələr də təklif edir : məlumat, fransız dili, Afrika, gənclik (xüsusilə oyunlar və müsabiqələr), mədəniyyət (500 dildə fransız dilli oxu kitabxanası) və üslub.

3- FMM (France Médias Monde) : Fransanın beynəlxalq audiovizual operatoru.

RFI : Radio France Internationale http://www.rfi.fr/fr/ internet üzərindən fransız, ingilis, ispan, rus və s. dillərdə mövcuddur (rfi.fr saytından bütün dillərə çıxış var).
Eyni zamanda, RFİ bilik, ümumi mədəniyyət və fransız dilinin öyrənilməsi https://savoirs.rfi.fr/ saytında, RFİ musiqi isə https://musique.rfi.fr/ saytında mövcuddur.

France 24 : Fransız, ingilis, ərəb, ispan dillərində davamedici xəbərlər kanalı (https://www.france24.com/fr/)

4 -INA (Institut national de l’audiovisuelle) :

Madelen platforması (https://madelen.ina.fr/) ictimaiyyətin diqqətinə 13.000 fransız radio və televiziya arxvinin proqramlarını təklif edir.

***

publié le 05/05/2020

haut de la page