Prezident İlham Əliyev-in MEDEF-in Prezidenti tərəfindən başçılıq etdiyi nümayəndə heyətilə görüşü

Prezident İlham Əliyev iyulun 10-da MEDEF-in Prezidenti Cənab Jefrua Ru Dö Beziö-nun rəhbərlik etdiyi 40 fransız şirkət rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Azərbaycan dövlət başçısı MEDEF-in Bakıya səfərini Fransa və Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib. Öz növbəsində, MEDEF-in Prezidenti bildirib ki, keçən il vəzifəsinin icrasına başladığı vaxtdan etibarən Avropa İttifaqından kənar ilk səfəridir və fransız biznes icmasının Azərbaycana artan marağını vurğulayıb. Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez, Fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının şaxələnməsinə səmərəli şəkildə töhvə verəcəyinə əminliyini ifadə etdi. SUEZ qrupunun Baş direktorunun müavini Mari-Anj Debon, Medef International-ın Fransa-Azərbaycan Biznes Şurasının prezidenti, Azərbaycanda ətraf mühitin qorunması sahəsində layihələrə dəstəkləməyə və bu sahədəki infrastrukturların inkişafına töhvə verməyə hazır olduğunu bildirdi. Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji və yüksək texnologiyalar sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Foto - Azərtac

publié le 12/07/2019

haut de la page