« Pier dö Treqomen Kvarteti » Bakı Cazz Festivalında

Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycanda Fransız İnstitutu, AXA MBASK və Lactalis Qrupun (Président süd və süd məhsulları) dəstəyi ilə, bazar günü 23 oktyabr saat 22.00-da, Bakı Beynəlxalq Cazz Festivalı çərçivəsində Pier dö Treqomen Kvartetinin konsertini təşkil etdi. Konsert musiqili improvizasiya seansı (Jam Session) ilə davam etdi və festivalın bir neçə iştirakçısını Landmarkın Rotunda Cazz Klubunun səhnəsində topladı.

Bu, Pier dö Treqomenin Bakıya ikinci gəlişidir. İlk səfəri cari ilin fevral ayında baş tutmuş, Azərbaycanın muğam ustadı Qoçaq Əskərovla cazzla muğamı birləşdirən ilk musiqi layihəsinə imza atmışdı.

Bu əməkdaşlıq bu ilin yayında Fransada bir neçə konsertin təşkil edilməsi ilə davam etdi. Layihənin növbəti pilləsində, 5 noyabr tarixində Muğam Mərkəzində keçiriləcək yeni konsert və « Live » cazz-muğam albomunun hazırlanması olacaq.

publie le 09/12/2016

hautdepage