Parisdə Mədəniyyət nazirlərinin görüşü

Azərbaycan Respublikasının mədəniyyət naziri Cənab Əbülfəs Qarayev 23 noyabr tarixində Azərbaycanın Fransadakı Səfiri Cənab Rəhman Mustafayevin iştirakı ilə Parisdə Fransanın mədəniyyət naziri Xanım Fransuaz Nissen ilə görüşüb. Görüşdə əsasən ölkələrimiz arasında mədəniyyət sahəsindəki dinamik ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bu sahədə gələcəkdə ikitərəfli sazişin imzalanması əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyə imkan yaradacaqdır.
Görüşün sonunda Cənab Qarayev Xanım Nisseni Azərbaycana dəvət edib.

publie le 11/12/2017

hautdepage