Paris və Fransa üçün tarixi qələbə

1924-cü ildə paytaxtımızda keçirilmiş Olimpiya Oyunlarından 100 il sonra bu Oyunları bir daha təşkil etmək ölkəmiz üçün fəxrdir. Bu qələbəni daha da möhtəşəm edən onun qalibləridir : Paris 2024, L.A. 2028 və əlbəttə ki, Olimpiya ruhu.
Bu müvəffəqiyyət, Paris 2024 heyyəti, bütün Fransız idman icmasının qurucu üzvləri, iqtisadi və qeyri-hökumət təşkilatının nümayəndələri, fransız ictimaiyyəti, həmçinin fransız diplomatiyası və ölkə xaricindəki təhsil şəbəkələrinin tam səfərbərliyi ilə əldə edilmişdir.

Paris 2024-cü il üçün ən yaxşı layihəni tərtib etməyə müvəffəq oldu

Əvvəlki nominasiyalarında əldə edilmiş təcrübə sayəsində Paris qüsursuz bir yol keçərək heç bir təsadüfə yer vermədən öz qələbəsini təmin etdi və Parisin tam mərkəsində keçiriləcək hər bir səviyyədə tərəqqi və innovasiyalara uyğun kompakt və möhtəşəm bir layihəni tərtib etməyi bacardı.

Bu Olimpiya və Paralimpiya Oyunları bundan öncə təşkil edilmiş oyunlardan fərqlənərək Paris və Fransanın həmrəlik, davamlı inkişaf və bütün səviyyələrdə məsuliyyətin dərk olunması dəyərlərinə layiq şəkildə təşkil ediləcək.

• İctimaiyyət üçün ictimai məsuliyyətli oyunlar: Paris 2024 oyunları idmanı daha geniş pedoqoji tədbirlər sayəsində cəmiyyətə aşılayacaq. Bu oyunlar 100% hər kəs üçün əlçatan olacaq. Olimpiya oyunları, əlillərin cəmiyyətə tam inteqrasiyası üçün və bu yöndə cəmiyyətin fikirlərini dəyişdirmək məqsədilə inklusiv ictimai həyatı daha geniş təbliğ etmə vasitəsi kimi qavranılır.

• Ərazi istismarı baxımından məsuliyyətli oyunlar: Paris 2024 Oyunları, böyük və lazımsız binaların inşasından qaçınaraq, Paris sakinlərinə faydalı bir miras qoyacaqdır. İstifadə olunacaq tikililərin 95% -i artıq mövcud olan və ya müvəqqəti olaraq yaradılanlardır. Oyunlarla əlaqədar tam inkişaf yolunda olan Sen-San-Denidə ərazinin ehtiyyaclarına uyğun olaraq yalnız iki bina və 4,500 vahid mənzil tikintisi planlaşdırılır.

• İqtisadi baxımdan məsuliyyətli oyunlar: dəyərə nəzarət prinsipi ilə əsasən özəl sektor tərəfindən maliyyələşdirilən layihənin iqtisadiyyata müsbət təsiri 10 milyard avrodan çoxdur və 250 min iş yerinin yaradılması da nəzərdə tutulur.

• Ekoloji cəhətdən məsuliyyətli oyunlar: London 2012 Olimpiya Oyunları ilə müqayisədə Paris Olimpiya Oyunları Paris 2015 İqlim Sazişinin məqsədlərinə uyğun olaraq 55% az karbon emissiyası, 100% dayanıqlı qida və 100% bərpa olunan elektrik enerjisi prinsipləri əsasında təşkil ediləcək.

Paris Olimpiya oyunlarının hazırlığı Olimpiadaların Təşkilat Komitəsinin son yeddi il ərzində şahidi olduğu və bundan sonrakı yeddi il ərzində şahidlik ədəcəyi əzəmətli işdir. Bu həmçinin Fransanın dünya səviyyəli idman tədbirlərinin təşkilində öz təcrübəsini bir daha nümayiş etdirməsi və bütün idman azarkeşlərinə ölkəmizin qeyri adi irsini orijinal baxımdan kəşf etməsi üçün bir imkandır.

publie le 19/09/2017

hautdepage