Paris Sülh Forumu: layihələr müsabiqəsində iştirak edin

İlk Paris Sülh Forumu, 2018-ci il 11-13 noyabr tarixləri arasında ilk buraxılışını keçirəcək və bu, idarəetmə layihənizi təqdim etmək və tanıtmaq üçün unikal bir fürsət olacaq.

Paris Sülh Forumu: layihələr müsabiqəsində iştirak edin !

İlk Paris Sülh Forumu, 2018-ci il 11-13 noyabr tarixləri arasında ilk buraxılışını keçirəcək və bu, idarəetmə layihənizi təqdim etmək və tanıtmaq üçün unikal bir fürsət olacaq.

Müasir dünyada artan gərginliyə cavab olaraq, Forum əsas qlobal məsələlər üzrə beynəlxalq əməkdaşlığın inkişafı, daha ədalətli bir qloballaşma və daha ədalətli və səmərəli çoxtərəfli sistem üçün effektiv şəkildə kömək edən layihələrin, fikirlərin və təşəbbüslərin illik toplantısı olmağı hədəfləyir.

Bir çox dövlət və hökumət başçıları, mühüm beynəlxalq təşkilatların və habelə vətəndaş cəmiyyətinin nümayəndələri – və ya bir neçə min iştirakçı bu Forumda gözlənilir. 150 layihə burada təqdim olunacaq.

Paris Sülh Forumunun məqsədləri //

Paris Sülh Forumu, Respublika Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə sürülən dinamikanın bir hissəsidir və mövcud çağırışlar qarşısında çoxtərəfli və kollektiv fəaliyyətin əhəmiyyətini təsdiqləmək üçündür.

Məqsəd, daha yaxşı qlobal idarəetmə yolu ilə sülhü inkişaf etdirməkdir və beynəlxalq təzyiqlərin azaldılmasına kömək edən hər şeyi təşviq etməkdir : sərhədlərarası çağırışlara cavab olaraq dövlətlərarası əməkdaşlıq, qlobal ictimai mülkiyyətin kollektiv idarə olunması, İnternet və mübadilələrin daha yaxşı tənzimlənməsi və s.

Fikir və müzakirə mübadiləsi platforması //

Paris İqlim Konfransndan (COP21) sonra ilhamlanmış, Paris Sülh Forumu, tənzimləmə prosesindəki bütün aktiv iştirakçıları bir araya gətirəcək təcrübə mübadiləsi və yeni həll yolları üçün bir platforma olacaqdır : dövlət və hökumət başçıları, yerli və milli seçilmiş orqanların nümayəndələri, regional və beynəlxalq təşkilatlar, geniş vətəndaş cəmiyyəti, QHT-lər, fondlar, düşüncə mərkəzləri, media, din xadimləri, həmkarlar ittifaqları və s.).

Paris Sülh Forumu 5 mövzu ətrafında qurulmuşdur : sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, rəqəmsal və yeni texnologiyalar, inklüziv iqtisadiyyat.

İdarəetmə layihənizi 2018-ci il 30 avqustadək təqdim edin!

İdarəetmə üzrə layihəsini təşviq etmək istəyirsinizsə, Paris Sülh Forumu, təşəbbüsünüzü təqdim etmək və inkişaf etdirmək üçün unikal bir fürsət olacaqdır.

Seçim komitəsi tərəfindən seçilmiş 150 layihənin bir hissəsi olmaq üçün burada online müraciət edin!
https://parispeaceforum.org/fr/porteurs-de-projets/

Qeydiyyatların bağlanması günü - 30 avqust 2018-ci il.

Paris Sülh Forumu haqqında daha ətraflı məlumat //

Sülh üzrə Paris Forumu 1901 ildən etibarən assosiasiya kimi fəaliyyətə başlayıb. Bu assosiasiya Siyasi Elmlər Milli Fondu (Sciences Po), Körber Fondu, Mo Ibrahim Fondu, Beynəlxalq Əlaqələr İnstitutu, Montaigne Institutu və Avropa və Xarici İşlər Nazirliyi tərəfindən təmsil olunan Fransa Respublikasını özündə birləşdirir.

Üç gün ərzində təşkil edilən bu tədbir, La Villette’in La Grande Salonunda, 11-13 noyabr 2018 tarixləri arasında keçiriləcək.

https://parispeaceforum.org/fr/

JPEG

publié le 17/08/2018

haut de la page