Paris Sorbon Əbu Dabi və Pasha Bank arasında yeni təlimin başlanmasına start verildi

2017-ci il 18 fevral tarixində Fransanın Azərbaycandakı Səfiri Zati-Ailələri Orelia Buşez Paris Sorbon Əbu Dabi Universiteti və Pasha Bank arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən menecmentlik sahəsində yeni təlim seminarının başlanması ilə bağlı « The Club » idman mərkəzindəki tədbirdə iştirak etmişdir.

Pasha Bankın istəyi və Paris Sorbon Əbu Dabinin idarəçiliyi ilə aparılan « Banking Hospitality Fitness and Art Solutions » mövzusu üzrə keçirilən təlimin əsas məqsədi şirkətin yüksək və orta kadrlardan ibarət heyyətinin menecerlik bacarıqlarının gücləndirilməsinə, özünü təqdim etmə, mübahisələrin həlli, bədən dili bacarıqlarının inkişafına yönəlmişdir.

Təlimə bir sıra tərəfdaşlar da cəlb edilmişdir: « the Club Port Baku », Müasir İncəsənət Mərkəzi « Yarat », « Blue Planet » cəmiyyəti və « Go Sport » Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə

Yeni təlimin əsas məqsədi spinning, dalğıclıq, yoqa və ya TRX (hərbi sahədə intensiv təlim üsulu) kimi fikizi fəaliyyətləri cəlb etməklə heyyətin idarəedilməsində mövcud yeni üsullar barəsində şirkət kadrlarını maarifləndirmək olmuşdur.

Müasir incəsənət də həmçinin işçi heyyətinin motivasiyasına tövhə verən üsullardan biridir. Fransa Səfirliyinin əsas tərəfdaşlarından olan Müasir İncəsənət Mərkəzi « Yarat» kadrlara xüsusi fəaliyyətlər təklif edir ; «Blue Planet» cəmiyyəti və «Go Sport» idman texnologiyaları ilə öz dəstəklərini göstərirlər.

Müasir İncəsənət Mərkəzi « Yarat»ın İcraçı Direktoru Cənab Fərid Əliyevin müşayəti ilə Xanım Səfir öz çıxışında bu təlimin təşkilinin Pasha Bank tərəfindən Fransanın ən yaxşı universitetlərindən birinə həvalə edilməsindən çox şad olduğunu bildirmişdir.
Paris Sorbon Əbu Dabi Universiteti Azərbaycanın özəl və ictimai sektorunun bir çox nümayəndələri tərəfindən seçilmişdir : Təhsil Naziri Mikayıl Cabbarov Paris Sorbon Əbu Dabi Universiteti tərəfdaşlıq müqaviləsi imzalamışdır ; SABAH qrupunun təşkil olunması, inzibati müasirlik üçün ASAN mərkəzi; Socar və Pasha Holding kimi böyük şirkətlər də Paris Sorbon Əbu Dabi Universitetinin tərəfdaşlarıdır.

JPEG
JPEG

publie le 24/02/2017

hautdepage