Paris Bistro”da Fransa-Azərbaycan “Alumni”lərinin görüşü

Çərşənbə 12 dekabr 2018-ci il tarixində, Fransa ali məktəblərində təhsil almış onlarla azərbaycanlı məzunlar, Campus France və Fransız İnstitutunun dəstəyi və Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə, “Paris Bistro” restoranında bir araya gəldilər.

Tədbir zamanı, « Alumnis France-Azerbaïdjan » platformasının üzvləri dost atmosferində, Qərb Universiteti, Texniki Universitet, UFAZ və Dillər Universitetinin tələbələri olan Campus France səfirlərinin iştirakı ilə bu görüşdə toplandılar və yeni üzvlərlə tanış oldular.

Ölkənin müstəqilliyindən sonra 2000 nəfərdən çox azərbaycanlı Fransada təhsil almışdır. « Alumnis France-Azerbaïdjan » platforması bir illik fəaliyyətindən sonra artıq 200 nəfər üzvə sahibdir. 2019-cu ildə “Alumni”ləri bir araya gətirən çoxsaylı tədbirlər gözlənilir.

publié le 18/12/2018

haut de la page