Paris Ali İdarəçilik Məktəbində (ENA) qeyri-hökumət təşkilatları üçün təlimlər təklifi. [fr]

2020-ci ildə, Paris Ali İdarəçilik Məktəbi (ENA) xarici dövlət rəsmilərinin bacarıqlarını gücləndirmək üçün xüsusi uyğunlaşdırılmış təlimlər təqdim edir. Fransa Səfirliyi, xüsusi bir mütəxəssislik sahəsində inkişaf etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələrinə yönələn bir neçə təqaüd təklif edir.

Təqdim olunan təlimlər aşağıdakılardır (ingilis dilində olan təlimlər tünd rənglə göstərilmiş və qabağında ingilis dilində olması qeyd olunmuşdur. Digər təlimlər fransız dilindədir) :

-  Korrupsiyaya qarşı mübarizə : 23 mart - 03 aprel
- AB və onun iqtisadi tərəfdaşları : 22 - 24 aprel
- Ətraf mühitin qorunması : AB-nin tənzimləyici yanaşması *: 27 - 29 aprel
- Parlament işinin təşkili : 25 may - 19 iyun
- Administrasiyada dəyişiklik edilməsi * : 15- 26 iyun
- Avropa Birliyi daxilində və Avropa Birliyi ilə danışıqlar aparılması - İngilis dilində : 22 - 26 iyun
- Dövlət siyasətinin aparılması: konsepsiyadan qiymətləndirməyə qədər : 14 - 25 sentyabr
- Dövlət sektorunun yenilənməsi və rəqəmsal transformasiya * : 14 - 25 sentyabr
- Avropa normasının trayektoriyası : 21 - 25 sentyabr
- Layihənin idarəedilməsi (qiyabi) + Layihənin idarəedilməsi (Əyani) : 5 - 16 oktyabr
- Yerli idarəetmə və ağıllı şəhərlər - İngilis dilində *: 19 - 30 oktyabr
- Böhranın və post-münaqişənin idarə olunması - İngilis dilində : 16 - 27 noyabr
- Korrupsiyaya qarşı mübarizə - İngilis dilində: 7 - 18 dekabr

Səfirlik, yuxarıdakı cədvəldə ulduzla işarələnmiş təlimlər üçün təqdim edilən şəxslərin namizədliyini xüsusi diqqətlə təhlil edəcəkdir.

Namizədlərin dosyaları təlimin başlanma tarixindən ən azı ay yarım əvvəl ENA-ya göndərilməlidir. Azərbaycan tərəfindən təklif olunan və Səfirlik tərəfindən seçilən namizədlər seçim müsahibəsi üçün Səfirliyə dəvət olunacaqlar. Daha sonra, seçilən namizədlərin dosyaları son qərar üçün ENA-ya göndəriləcəkdir.

Namizədlərin yaşı 45-dən yuxarı olmamalıdır, ən azı üç il iş təcrübələri və ən azı dörd illik ali təhsilləri olmalı və onlar mütləq, seçilmiş təlimə əsasən, fransız və ya ingilis dilində danışmalı və başa düşməlidirlər. ENA tərəfindən qəbul olunan namizədlər təlim müddəti ərzində Fransa hökumətinin təqaüdçüləri olacaq, yaşayış yeri, yemək və sosial təminat xərclərini ödəyən kompensasiyadan faydalanacaqlar. Baki-Paris-Baki uçuş biletini almaq namizədin öz üzərindədir.

Müraciət edənlərin sənədləri ən geci 1 fevral 2020-ci il tarixinə qədər Fransa səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Müşaviri cənab Jerom KEL adına göndərilməli və aşağıdakı kimi tərtib edilməlidir:

-  CV (fransız və ya ingilis dilində);

-  Namizədin istədiyi təlimi təqdim edən motivasiya məktubu (fransız və ya ingilis dilində);

-  İş haqqında arayış;

-  Ən az B2 və ya B1 səviyyəsində fransız dili (DELF və ya TCF) və ya B2 səviyyəsində ingilis dili (TOEFL, IELTS) sertifikatı.

*DELF və ya TCF sertifikatlarını Azərbaycanda Fransız İnstitutunda müvafiq imtahanı keçməklə əldə etmək olar.

Paris Ali İdarəçilik Məktəbində (ENA) qeyri-hökumət təşkilatları üçün təlimlər təklifi - PDF -də

publié le 23/12/2019

haut de la page