PAUSE - Öz ölkəsindən məcburiyyət altında kənarda yaşayan elm adamlarının təcili qəbulu üçün yardım proqramı [fr]

PAUSE proqramının məqsədi fövqəladə hal vəziyyətində olan xarici tədqiqatçıların, alimlərin və ziyalıların Fransada qəbulunu təşviq etməkdir. Bu proqram, onların işlərinin davam etdirmələri və ailələrini qorumalarını təmin etməlidir.

Ölkəsindən kənarda yaşayan elm adamlarının təcili qəbulu üçün yardım proqramı (PAUSE) namizədliyə yeni çağırış elan edir. Sənədlərin qəbulu üçün son tarix 27 yanvar 2021-ci il tarixidir.

Kimlər müraciət edə bilər ?

Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nəzarəti altında Fransız ali təhsil və tədqiqat müəssisələri, Fransız ümumi özəl ali təhsil müəssisələri (EESPIG), həmçinin Fransa Mədəniyyət Nazirliyinin müəyyən qurumları bu proqram üçün müraciət edə bilərlər.

Proqrama əlavə edilən qrantlar coğrafi mənşəyindən, elmi layihəsindən və sahəsindən asılı olmayaraq hər hansı xarici alimin qarşılanmasının maliyyələşdirilməsini nəzərdə tutur.

Kriteriyalar nələrdir ?

Müraciət haqqı olan hər hansı müəssisə tərəfindən namizədliyi irəli sürülən alim, hazırki yaşayış yerindən asılı olmayaraq, aşağıdakı şərtlərə cavab verməlidir :

müəllim-tədqiqatçı və ya tədqiqatçı statusunda olmaq və ya doktoranturaya qeydiyyatda olmaq ;
fövqəladə vəziyyətdə, yəni « tədqiqatlarının məzmunu, fikirlərini sərbəst ifadə etmələri, şəxsiyyətləri, inancları, cinsi oriyentasiyası səbəbi ilə təqib və ya zorakılığın qurbanı » və ya hərhansı başqa növ təhdid altında olmaq.

Namizədliyin irəli sürülməsinin qaydası ilə burada tanış ola bilərsiniz :

Fransız dilində : https://www.campusfrance.org/fr/pause-programme-aide-accueil-urgence-scientifiques-exil

İngilis dilində : https://www.campusfrance.org/en/pause-program-urgent-aid-scientists-exile

publié le 18/12/2020

haut de la page