Nazir Brüno Lö Merin Bakıya səfəri

29 iyulda Prezident İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə Naziri, Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyyətini qəbul edib. Görüş zamanı iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin uğurlu inkişafı vurğulanıb. Müzakirələr xüsusən karbohidrogen, nəqliyyat, infrastruktur və ətraf mühit sahələrini əhatə edib.

Nazir Brüno Lö Mer həmçinin Birinci vitse-Prezident, Mehriban Əliyeva ilə görüşüb. Hər ikisi ikitərəfli siyasi və iqtisadi əlaqələrin yüksək səviyyəsini vurgulayıb və xüsusən qeyri neft sektorunda müxtəlif əməkdaşlıq layihələrini nəzərə çatdırıblar.

Cənab Lö Mer həmçinin Maliyyə naziri, Samir Şərifov tərəfindən qəbul edilib. Görüşdən sonra Azərbaycan Dəmir Yolları QSC və Fransanın Alstom şirkəti arasında Azərbaycan lokomotivlərinə texniki dəstəyin göstərilməsi üzrə müqavilə imzalanıb.

Sonda, Brüno Lö Mer Fransa-Azərbaycan əlaqələrinin inkişafına verdiyi misilsiz töhfə üçün Azərbaycan Respublikasının Baş Naziri, Novruz Məmmədovu Şərəf Legionu ordeni ilə təltif edib.

Foto@Azertaj

publié le 31/07/2019

haut de la page