Naxçıvan səfəri : Cənab Vasif Talıbovla görüş

Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez 18-19 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər zamanı Xanım Səfiri artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən iki böyük fransız şirkətinin rəhbərləri müşaiyət etmişdirlər: Cənab Məhmət Cahan (Thales şirkəti)və Alən Karbonel (Suez şirkəti)

JPEG

Səfər zamanı nümayəndə heyyəti Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin Prezidenti Cənab Vasif Talıbovla görüşmüşdür. Xanım Səfir yerli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına həsr olunmuş Naxçıvanın biznes mərkəzinə olan uğurlu səfərini vurğulayaraq, Fransanın öz şirkətləri vasitəsilə kənd təsərrüfatı, alternativ enerji və tikinti sektorlarını ən qabaqcıl texnologiyalar ilə təmin edərək Azərbaycan iqtisadiyyatının diversifikasiyasına öz tövhəsini vermək istəyini xatırlatdı.

Xanım Buşez ölkələrimiz arasındakı təhsil və mədəni əməkdaşlığın, xüsusilə arxeologiya və Fransız dilinin tədrisi (2006-cı ildən etibarən arxeoloqlar bir neçə ərazidə fəaliyyət göstərirlər) sahəsindəki əməkdaşlığın zənginliyini məmnuniyyətlə qarşıladığını bildirmişdir: hər il Fransadan gələn müəllimlər tərəfindən Naxçıvan Dövlət Universiteti ilə yanaşı, 38 məktəbdə fransız dilinin tədris olunduğunu və Frankofoniya həftəsinin təşkil edildiyini qeyd etdi. Xanım Buşez Fransanın mədəniyyət və təhsil sahəsində daha da aktiv iştirak edəcəyini qeyd edərək bildirmişdir ki, 2018-ci ilin yazında Naxçıvanda və Azərbaycanın digər bölgələrində aparılmış arxeoloji qazıntıları dəyərləndirmək məqsədilə böyük sərgi təşkil ediləcək. Onlarla səfirliyin iştirakı ilə təşkil ediləcək 2018-ci il Frankofoniya Bayramı Naxçıvanda bir sıra mədəni tədbirlərin keçirilməsinə imkan yaradacaq

publié le 31/10/2017

haut de la page