Nant şəhərində keçirilən "Produire au Sud" Atelyesi

Azərbaycanlı prodürsor Teymur Hacıyev və rejissor Elvin Adıgözəl 20-26 noyabr 2017-ci il tarixlərində Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə Nant şəhərində keçirilən Trois Continents festivalı çərçivəsində Produire au Sud atelyesində iştirak etmişdirlər.

Produire au Sud, Afrikadan, Latın Amerikasından və Asiyadan olan gənc film istehsalçıları və rejissorları üçün nəzərdə tutulmuş birgə beynəlxalq film istehsalına yönəlmiş atelyedir.

Bu atelye film istehsalçıları və rejissorlara inkişaf etməkdə olan layihələrə fərdi dəstək göstərməklə birgə beynəlxalq film istehsalı yaratmağın üsulları və vasitələrini tanıtmaq məqsədi daşıyır.

Teymur Hacıyev və Elvin Adıgözəl 36-cı İstanbul Film Festivalı çərçivəsində Meetings on the Bridge mərasimində Digiflame Award mükafatına layiq görülmüş “Yaşar” filminə görə seçilmişlər.

Elvin Adıgözəl televiziyada çalışıb və « Təpələrin arxasında » (2014), « Buqələmun » (2013), « Dumanda » (2010) « O » (2009) adlı bir neçə qısametrajlı filmlər çəkib.
Prodüser və rejissor Teymur Hacıyev 2013-cü ildə Fil Production cəmiyyətini yaratmışdır. Çəkdiyi onlarla film arasında yer alan TORN filmini Teymur Hacıyev 2014-cü ildə Kann festivalında təqdim etmişdir. O iki qısametrajlı filmin müəllifidir: “Yara” (2013) “Şanxay Baku”(2016).

Teymur Hajiyev
Elvin Adigozel

publie le 26/12/2017

hautdepage