Müvəqqəti işlər vəkilinin UFC-nin diplomlarının təqdimetmə mərasimində iştirakı [fr]

Fransanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dominik Janti « University Foundation » (UFC) mərkəzinin növbəti 7-ci diplom təqdimetmə onlayn mərasimində iştirak etdi.

Cənab Janti, ölkədə fransız dilini təbliğ etdiyinə və azərbaycanlı tələbələrini Fransada ali təhsil almaq üçün hazırladığına görə UFC-nin təsisçisi və direktoru Xanım Reyhan Hüseynovaya təşəkkür etdi. Cənab Janti bütün gələcək tələbələri təbrik etdi və onlara Fransada xoş və çox faydalı günlər arzu etdi.

publié le 27/08/2020

haut de la page