Molyerin Xəsis tamaşası Landmarkda

Bakıda Frankofoniya həftələri çərçivəsində, Fransanın Azərbaycandakı Səfiri, Xanım Orelia Buşezin və çoxsaylı tamaşaçının iştirakı ilə aprel ayının 13-də Landmark otelində Des Livreurs teatrın-dan üzvü Felix Libris dahi fransız klassiki olan Molyerin Xəsis əsərini ifa etmişdir.

Səhnədə tək olaraq və yeganə dostu olan səsin intonasiyası ilə Feliks Libris Xəsis tamaşasını bir saat ərzində heyrətamiz versiyasını canlandırdı. Heç bir dekorasiya və aksesuar olmadan tamaşa emosiyaların intensivliyi, xarakterlərin virtuallığı, zəriflik və yumor hissi ilə dolu idi. Harpaqon, La Fleş, Marian, Valer, Eliz, Kleant, Frozine, ustad Jak kimi personajları ifa etmişdir.

Fransanın Azərbaycandakı Səfiri, Xanım Orelia Buşez üç həftə ərzində çoxsaylı tədbirlər ücün Fransa Səfirliyinə dəstək göstərən Frankofoniya həftələrin partnyoru olan Landmark otelin rəhbərliyinə öz minnətdarlığını çatdırmışdır və Landmark hotelinin sayəsində tamaşa Bakıda baş tutdu.

Əlavə məlumat - 15 aprel, şənbə günü Yarat Müasir İncəsənət Mərkəzində Ekaterina Kuleshovanın canlandırdığı Workshop Solo Teatr çıxışı təşkil olunacaq. Workshop peşəkar komediya ustaları üçün nəzərdə tutulub. Burada iştirak etmək üçün ifa.bakou@gmail.com ünvanına müraciət etməyiniz xahiş olunur. (yerlər məhduddur)

publie le 12/05/2017

hautdepage