Milli İncəsənət Muzeyinin direktoru, cənab Çingiz Fərzəliyev, Fransanın İncəsənət və Filologiya Kavaleri ordenilə təltif edilib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Mədəniyyət Naziri cənab Frank Riester adından, İncəsənət və Filologiya Kavaleri ordeni İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyevə təqdim etdi.

Tədbir oktyabrın 10-da Fransa səfirliyinin igamətğahında dünya şöhrətli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirildi.

Bu fəxri mükafatla, Fransa cənab Fərzəliyev-ə incəsənət naminə göstərdiyi işə görə təşəkkür edir və son illər ərzində Azərbaycanda Fransanın mədəniyyətinin ciçəklənməsi naminə fəaliyyətinə görə minnətdarlığını bildirdi.

Cənab Fərzəliyev bir sıra nüfuzlu sərgilərin təşkilatçılarından biri olub: "Fransa Inciləri" 2012-ci ildə Fransanın Milli Muzeylər təşkilatı ilə birlikdə sabiq mədəniyyət naziri Frederik Mitteranın iştirakı ilə açılmışdır, 2017-ci ildə "Fransa İncəsənəti, Milli İncəsənət Muzeyinin kolleksiyaları" və 2019-cu ilin yayında isə "Fransa-Azərbaycan arxeoloji qazıntılarının on illiyi" baş tutdu.

Cənab Fərzəliyev şərəf hissi keçirdiyini bildirib və incəsənətin çiçəklənməsinə verdiyi töhfələrə görə Fransaya təşəkkür etdi.

publié le 22/10/2019

haut de la page