Mehmet Sahan Xidmətlərinə görə milli kavaler ordeni ilə təltif olunmuşdur

Thales şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru Cənab Mehmet Sahan 31 oktyabr 2016-cı ildə Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez tərəfindən Xidmətlərinə görə milli kavaler ordeni ilə təltif edilmişdir.

Bununla Fransa Respublikası Cənab Sahanın Fransanın maraqlarını və onun iqtisadi diplomatiyasını uğurla təmsil etmə fəaliyyətini qiymətləndirmişdir. Eyni zamanda Fransanın Xarici ticarət məsləhətçisi olan Cənab Mehmet Sahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairənin görkəmli nümayəndəsidir.

JPEG
JPEG

publie le 06/12/2016

hautdepage