Matyö Lö Lay – Bakı Beynəlxalq Turism Filmləri Festivalının grand-prix mükafatçısı [fr]

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (BİTFF) bu ilki fəxri mükafatçısı Matyö Lö Layın, Yaponiyanın dağ rayonlarının birinin təşviqinə həsr olunan « Kumano » filmi oldu.

Matyö Lö Lay, Puatie şəhərinin yüksək prestijli Film Tədris İnstitutunun məzunudur (http://www.iffcam.net/). O, ölkənin ən çox mükafat alan sənədli film direktorudur. Onun filmləri ən böyük frankofon televiziya kanallarında - Arte, France5, TV5 Monde, həmçinin Kanadada, Braziliyada, Cənubi Koreyada və Avstriyada yayımlanmışdır.
Onun festival çərçivəsində qazandığı mükafat, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tərəfindən Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşezə təqdim edilmişdir.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BİTFF), dünyada turizmin inkişafına yönəlmiş filmlərin yaradıcılarını tanıtmaq məqsədi daşıyır. Bu tədbiri təşkil etməklə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın turizm inkişafını dəstəkləyir, tarix və irs sahəsində Bakını cazibə mərkəzinə çevirməyi arzulayır.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, mərkəz ofisi Vyanda yerləşən Turizm Film Festivalları Beynəlxalq Komitəsinin üzvüdür.

Matyo Lö Layın internet saytı : http://www.mathieulelay.com/

« KUMANO » filmi festivalın internet saytında : http://bitff.az/bitff-2017-winners/

JPEG

publie le 11/12/2017

hautdepage