Məntəş Təpə arxeoloji missiyasının (2008-2015) başa çatması münasibətilə konfrans

Bazar ertəsi 28 sentyabr 2015-də, Fransız-Azərbaycan elmi əməkdaşlıq çərçivəsində Məntəş Təpə arxeoloji missiyasının (2008-2015) başa çatması münasibətilə, Bakı Dövlət Universitetində « Eramizdan əvvəl 6-cı VƏ 5-ci Minilliklərdə Mesopotamiya və Qafqaz arasinda əlaqələr” barədə konfrans keçirildi.

Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzinin görkəmli alim tədqiqatçısı xanım Bertiy Lione və Bakı Axeologiya və Etnologiya İnstitutu Arxeologiya Muzeyinin direktoru cənab Fərhad Quliyevin birgə təqdim etdiyi bu konfransda, Qafqazda mövcud olmuş qədim mədəniyyətlərin təkamülünü, eləcə də onların Mesopotamiya və Qafqazın digər bölgələri ilə əlaqələrini daha yaxşı anlamağa imkan verən qazıntıların nəticələri təqdim edildi.

JPEG
JPEG

publie le 08/10/2015

hautdepage