Mədəniyyət şöbəsi

Əməkdaşlıq və mədəniyyət

Əməkdaşlıq və Mədəniyyət şöbəsi Fransanın Azərbaycandakı fəaliyyətində üstünlük verdiyi qurumdur. Onun fəaliyyət dairəsi mədəni, elmi, texniki, ali və orta təhsilin bütün sahələrini əhatə edir.

Mədəni əməkdaşlıq

Bu sahənin qarşıya qoyduğu məqsəd Fransız bədii yaradıcılığının müxtəlif formalarının Azərbaycanda təşviq edərək dövlət qurumları və özəl təşkilatlar arasında ikitərəfli əməkdaşlığı ruhlandırmaqdır. Bu əməkdaşlıq bir çox hallarda il ərzində azərbaycanlı tərəfdaşların yaxından iştirakı ilə mədəni-bədii tədbirlər - kino-klublar, mühazirələr, konsertlər, sərgilər və s. - təşkil edən Azərbaycandakı Fransız İnstitutunun (AFİ) fəaliyyəti ilə həyata keçirilir. AFİ-nin fransız mədəniyyəti və frankofon ölkələrinə dair əsl mənbə mərkəzi sayılan, 8.000 çox kitab, DVD, CD , qəzet və jurnallardan ibarət zəngin kitabxanası var.

Texniki əməkdaşlıq

Texniki əməkdaşlığın məqsədi ədliyyə, çevik idarəetmə, kino, radioteleviziya, səhiyyə sahələrində fransız və azərbaycan qurumları arasında ekspert mübadilələrinə dəstək vermək və genişləndirməkdir. Bu əməkdaşlığa həmçinin qardaşlaşma və tərəfdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən avropa və beynəlxalq proqramlar da aiddir.

Elmi əməkdaşlıq

Elmi əməkdaşlıq Fransa Elmi Milli Araşırmalar Mərkəzi (CNRS) ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış əməkdaşlıq müqavilələrinə əsaslanır və əsasən arxeologiya sahəsində həyata keçirilir. Bu əməkdaşlığa, Fransız Anadolu Araşdırmalar Mərkəzi Bakı filialının (İFEA) Qafqazın müxtəlif sahələrinə dair tədqiqatları ilə tanınmış mütəxəssislərinin iştirakı ilə il ərzində təşkil olunan mühazirələri də daxildir.

Universitetlərarası əməkdaşlıq

Bu əməkdaşlıq iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə xidmət edir. Əməkdaşlıq və Mədəniyyət şöbəsi, Tempus proqramının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə müvafiq universitetlərin layihələrinin həyata keçirilməsinə yardım göstərir. Şöbə, xüsusilə də özünün təqaüd proqramı (Fransa Hökumətinin təqaüdləri-BGF) vasitəsilə tələbələrin mübadiləsinə yardım edir. Hər il iyirmiyə yaxın azərbaycanlı tələbə Fransa universitetlərində 1 il ərzində Bakalavr və ya Master 1 səviyyələrində təhsil almaq imkanı əldə edir. Təqaüdlər bütün sahələri əhatə edir. Əməkdaşlıq və Mədəniyyət şöbəsi həmçinin bu yaxınlarda yaradılmış və Azərbaycandakı Fransız İnstitutunun (İFA) tərkibində fəaliyyət göstərən Campus France-ın fəaliyyətinə rəhbərlik edir. Bu qurum Fransada təhsillərini davam etdirmək arzusunda olan tələbələrə təhsil layihəsi hazırlamaqdan Fransaya yola düşənədək bütün mərhələlərdə yardım göstərir.

Təhsil və fransız dili sahəsində əməkdaşlıq

Təhsil və fransız dili sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Əməkdaşlıq və Mədəniyyət şöbəsi fransız dilinin Azərbaycanda mövcudluğunu və Fransanın cazibədarlığını təbliğ edir. Bu məqsədlə dinamik marketinqdən istifadə olunur (Bakı metropolitenində Azərbaycandakı Fransız İnstitutunda (İFA) fransız dili kursları barəsində reklam kampaniyası, internet vasitəsilə aylıq məktublar, məktəblərdə və universitetlərdə fransız universitetləri barəsində təqdimatlar, Frankofoniya günləri həftəsi və.s). Bu təşviqatın məqsədi fəaliyyətimizi daha nəzərəçarpan etməkdir.

Qeyd edək ki, Əməkdaşlıq və Mədəniyyət şöbəsi fransız dili müəllimlərinin dil kurslarını maliyyələşdirməklə onların ixtisasartırmasını mütəmadi olaraq davam etdirir: ikidilli fransız şöbələrinin yaradılmasını, fransızca-azərbaycamca lüğətin nəşrini dəstəkləyir, ildə bir dəfə Azərbaycanda “fransız kəndi” adı altında ixtisasartırma kursları təşkil edir, fransız dili xarici dil ixtisası üzrə Fransanın dil mərkəzlərində təşkil olunan pedaqoji kurslara təqaüd ayırır, həmçinin, müxtəlif müsabiqələr keçirək 18 yaşından 25 yaşadək gəncləri Fransada dil təkmilləşdirmə kurslarına göndərir.

Azərbaycandakı Fransız İnstitutu (İFA) təcrübəli fransız dili müəllimlərinin iştirakı ilə bütün səviyyədən olan dinləyicilər üçün fransız dili kursları təşkil edir. Müasir texnoloji vasitələr bu tədrisi tamamlayır. Azərbaycandakı Fransız İnstitutu (İFA) fransız dili üzrə (DELF, DALF, TCF, DAP, TEF, TEF Québec) imtahanlar keçirməyə səlahiyyəti olan yeganə rəsmi qurumdur.

İş saatları

Bazar ertəsindən cümə axşamınadək saat 09.00-13.00 və 15.00-18.30, cümə günləri saat 09.00-13.00 və 15.00-18.00.

- Tel: + 994 12490 81 00

- Fax: +994 12 490 81 21

- Email: scac.BAKOU-AMBA@diplomatie.gouv.fr

publie le 10/02/2016

hautdepage