Lyon şəhərinin SEFAM nümayəndələrinin Bakıya səfəri [fr]

Azərbaycanın bir sıra təhsil müəssisələri (ADA və Dövlət İqtisad Universiteti ) və fransız biznes məktəbləri arasındakı mövcud universitet əməkdaşlığı çərçivəsində CEFAM (http://www.cefam.fr/ ) nümayəndələri Xanım Validə Meşri və Xanım Erin Monaqan 10 - 17 dekabr 2017-ci il tarixlərində Azərbaycanda səfərdə oldular. Əməkdaşlığın əsas məqsədi « Erasmus+ » avropa proqramının maliyyə dəstəyi ilə azərbaycanlı tələləbərin şirkətlərdə təcrübə keçməsini həyata keçirməkdir.

Səfər zamanı CEFAM nümayəndələri Azərbaycan-Fransız (CCCIAF) və Amerikan Ticarət Palatası(AMCHAM) və bir sıra fransız şirkətlərinin nümayəndələri ilə görüşərək gələcək azərbaycanlı məzunların bu strukturlara cəlb edilməsi məsələsini diqqətdən keçirmişlər.

CEFAM nümayəndələri 2015-ci ildən etibarən azərbaycan universitetlərinin tələbə mobilliyi, akademik və administrativ sahədə qurduğu əməkdaşlıqlardan faydalanması istiqamətində CEFAM-ın həyata keçirdiyi layihələrə Fransa Səfirliyinin tam dəstəyini xüsusilə vurğulamışdır. Nümayəndələr həmçinin fiziki qüsurlu insanların, CEFAM və tərəfdaş universitetlər ilə birgə könüllü olaraq təhsil əməkdaşlığına cəlb edilməsinin vacibliyini vurğuladılar.

JPEG

publié le 26/12/2017

haut de la page