Luvr Məktəbi təlim seminarına qeydiyyat açıqdır (yay 2021) – Təlim ingilis dilindədir. Onlayn iştirak mümkündür. [fr]

Yüksək göstəriciləri olan xarici tələbələrə və gənc mütəxəssislərə şamil olunmuş bu təlim proqramı incəsənət tarixi, muzeologiya və ya mediasiya kurslarına əlavə hazırlıq kimi keçirilir. Bu il o, mədəni sərvətlərin qanunsuz dövriyyəsi və arxeoloji irsin zədələnməsinə qarşı mübarizə məsələsinə diqqət ayırır.

SIEM-in məqsədi qanunpozuntusu zamanı hüquqi əsasları və hərəkətəkeçmə qaydalarını öyrənməklə bu problemlərə qarşı səmərəli mübarizə aparmaq üçün ekspertiza və iş metodlarına yiyələnmək, mübahisədə iştirak edən tərəflərin obyektin müəyyənləşdirilməsindən məhkəməyə qədər bilikləri (mütəxəssislər, müstəntiqlər, hakimlər), oğurluğun qarşısının alınması, təhlükəsizliyi və ona qarşı öncədən tədbir üçün sistemlərin və vasitələrin qiymətləndirilməsi və nəhayət ictimai maarifləndirmənin tədbirlərinə əks olunmasıdır. Bu mövzular nəzəri dərslər, görüşlər, dəyirmi masalar və iştirakçıları konkret situasiyaya salacağı muzeyləri ziyarət etməklə həll ediləcəkdir.

İngilis dilində keçiriləcək bu seminarın əyani olaraq Parisdə və Luvr məktəbinin rəqəmsal platformu vasitəsilə məsafədən təşkil edilməsi planlaşdırılır. Qeydiyyat haqqı 250 avrodur. Nəqliyyat, yaşayış və yemək xərcləri iştirakçıların öhdəliyinə buraxılır. Viza tələb olunduğu halda Luvr məktəbi iştirakçıya dəvət məktubu təqdim edə bilər.

Müraciətlər 30 may 2021-ci il tarixinədək www.ecoledulouvre.fr/international/seminaires-internationaux/siem saytında mövcud olan formadan istifadə edərək onlayn şəkildə təqdim edilməlidir.

Əlavə məlumat üçün birbaşa məktəblə əlaqə saxlaya bilərsiniz : international@ecoledulouvre.fr

publié le 25/02/2021

haut de la page