Lük Bessonun « Valerian və min planetlər şəhəri » filminin premyerası [fr]

Park Bulvarın « Park Cinema » şəbəkəsi avqustun 8-də, Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşezin, eyni zamanda, mədəniyyət sahəsinin xeyli sayda şəxsiyyətlərinin və jurnalistlərin iştirakı ilə Lük Bessonun sonuncu « Valerian və min planetlər şəhəri » filminin premyerasını keçirdib.

Xanım Buşez öz nitqində Lük Bessonun filmlərinin fransız kino tarixində önəmli yerini, ssenarisinin daha çox komikslər və rok musiqisindən ilhamlandığını və bu meyarların ona dünya şöhrəti gətirdiyini xatırlatdı (« Beşinci element », « Leon », « Lüsi »).

« Valerian və min planetlər şəhəri », fransız kinomatoqrafiyasında uğurlu sahə olan olduğu fantastika janrında çəkilib və onun ərsəyə gəlməsi 200 milyon avro büdcə ilə Avropa kino tarixində önəmli yer tutub. Bu film, 60-70-ci illərdə Fransada və dünyada şöhrət qazanmış Pyer Kristin və Jan-Klod Mezierin komikslərindən ilhamlanan ssenariyə malikdir (bu komikslər ilə Fransız İnstitutunda tanış olmaq olar). Lük Besson, bu filmin tamamını Sent-Deniz şəhərində (Paris regionu) tikilən və ən keyfiyyətli kinomatoqrafiya texnologiyası ilə təchiz olunan « Cité du cinéma »nın (« Kino şəhərciyi ») studiolarında lentə alıb (http://www.citeducinema.org/)

« Valerian və min planetlər şəhəri » Park Cinema şəbəkəsinin kinozallarında 30 sentyabr 2017-ci ilədək nümayiş olunacaq : https://www.parkcinema.az/movies/view/4749/valerian-and-the-city-of-a-thousand-planets-imax?lang=en

Filmlə tanış olmaq üçün :
https://fr.wikipedia.org/wiki/Val%C3%A9rian_et_la_Cit%C3%A9_des_mille_plan%C3%A8tes
http://www.allocine.fr/video/player_gen_cmedia=19569551&cfilm=237821.html

Photo@Park Cinema

publié le 11/08/2017

haut de la page