"Lions Clubs de France" Beynəlxalq Frankofon Mərkəzləri ilə birgə əməkdaşlığı ilə təşkil olunmuş fransız dili müsabiqəsi [fr]

Azərbaycanda Fransız İnstitutu 22 fevral 2020 tarixində "Lions Clubs de France" -ın Beynəlxalq Frankofon Mərkəzləri ilə birgə 18-25 yaş arası frankofonlar üçün fransız dili biliyinə dair müsabiqə keçirmişdir.

Müsabiqənin final mərhələsində 3 namizəd ilə müsahibə keçirilmiş onların fransız dilində danışıq bacarığı dəyərləndirilmişdir. Müsabiqənin qalibi azərbaycan-fransız Universitetinin tələbəsi xanım Məsumə Suleymanova "Lions Clubs de France"-ın Fransada Frankofon mərkəzlərin birində mədəni məqsədli bir aylıq səyahət qazanmışdır.
Fransa səfirliyinin mədəni işlər üzrə Müşaviri, Azərbaycanda Fransız İnstitutunun direktoru cənab Jerom Kelle qalibə uğurlar arzulamış, ona qalibiyyət şəhadətnaməsi təqdim etmişdir.

Keçənilki müsabiqənin qalibi Ramin Babayevin səyahətdən aldığı təəssüratlar ilə irəlidəki linkə daxil olub tanış ola bilərsiniz: http://www.ifa.az/fr/node/464

Beynəlxalq Frankofon Mərkəzləri barədə daha ətraflı məlumat üçün:

www.amicif.fr

publié le 26/02/2020

haut de la page