“Landmark” otelində mətbuat konfransı / Frankofoniya 2017

Cümə axşamı, 30 mart 2017-ci il tarixi saat 16.00-da Bakıda Frankofoniya Həftələrinin açılışı keçirildi//

2017-ci il 1- 22 aprel tarixləri Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı Səfirlikləri bir araya gələrək fransız dili və Frankofoniya bayramını qeyd etdilər.

Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda çoxsaylı mədəni tədbirlər təklif edəcəklər.

Frankofoniya Həftələri cümə axşamı, 30 Mart 2017-ci il tarixi saat 16.00-da “Landmark” otelində on iştirakçı ölkənin səfirləri tərəfindən mətbuat konfransının keçirilməsi ilə başladı. Bu münasibətlə, konfransda iştirak edəcək səfirlər öz ölkələrinin siyasi Frankofoniyadakı öhdəlikləri, həmçinin Frankofoniya Həftələri proqramında əlamətdar olacaq tədbirlər barəsində jurnalistlərin suallarını cavablandırdılar.

Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 Dövlət və hökumətlərdən (58 üzv və 26 müşahidəçi ölkə) ibarət təşkilatdır.

publie le 05/04/2017

hautdepage