Konstitusiya Şurası tərəfindən müəyyən olunmuş 2017-ci il ikinci tur Prezident seçkilərinin yekun nəticələri

Çərşənbə günü mayın 10 2017-ci ildə Konstitusiya Şurası 6 və 7 may 2017- ci ildə keçirilmiş prezident seçkilərinin ikinci turunun yekun seçki nəticələrini təqdim edib.

Konstitusiya Şurası tərəfindən təsdiq edilmiş yekun nəticələr aşağıdakılardır :

Qeydə alınmış seçicilər: 47 568 693
Səs verənlər: 35 467 327
Boş bülletenlər 3 021 499
Verilmiş səslər : 31 381 603
Böyük əksəriyyət: 15 690 802

Səslərin bölgüsü :
Cənab Emmanuel Makron: 20 743 128
Xanım Le Pen: 10 638 475

10 may 2017-ci ildə Cənab Emmanuel Makron səslərin əksəriyyətini topladığına görə Konstitusiya Şurası Cənab Emmanuel Makronu Fransa Respublikasının Prezidenti elan edib.

Cənab Fransua Ollandın 14 may 2017- ci ildə saat 24.00-də vəzifəsinə xitam verildikdən sonra Cənab Emmanuel Makron Konstitusiyanın 6-cı maddəsinə əsasən öz vəzifəsinin icrasına başlayacaq.

Seçkinin nəticələri Fransa Respublikasının Rəsmi qəzetində nəşr olunacaq.

Prezident seçkilərinin ikinci turunun xaricdə yaşayan Fransızların, ölkə və konsulluq seçki dairəsi üzrə səslərinin ətraflı nəticələrinə burada baxa bilərsiniz.

publie le 09/06/2017

hautdepage