Jan-Vinsent Plasenin Bakı Fransız liseyinə səfəri [fr]

Fransa Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət Katibi Jan-Vinsent Plase Azərbaycana olan üç günlük səfəri çərçivəsində 2017-ci il 9 fevral tarixində Bakı Fransız Liseyinə səfər etmişdir.

Dövlət katibi təhsil müəssisəsinin əhəmiyyətini və orada çalışan heyyətin ruh yüksəkliyini qeyd edərək təhsil müəssisəsinin fransız tədris metodikasına əsaslandığını bildirmişdir. O, həmçinin liseyin yaradılmasının 2016-ci il iyul tarixində Fransa Təhsil Nazirliyi tərəfindən təsdiq edildiyini xatırlamışdı. Səfərinin sonunda Cənab Plase bu layihənin təşəbbüsü və uğurlu icrası üçün yüksək dövlət rəsmilərinə, həmçinin bir sıra tərəfdaşlara öz təşəkkürlərini bildirmişdir. (SOCAR, Azərbaycan Təhsil Nazirliyi, TOTAL və Fransız dünyəvi missiyası).

Bakı fransız liseyi dünya üzrə mövcud 450 fransız iseylərindən biridir. Fransız müəllim heyyəti və fransız tədris metodikası əsasında fəaliyyət göstərən lisey, fransalı rəhbərlik tərəfindən idarə olunur. Bakı fransız liseyində onlarla milliyətdən olan şagirdlər təhsil alır.

( Facebook : https://www.facebook.com/BFLTK/)

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 15/02/2017

hautdepage