Jan-Vənsan Plasenin Böyükşor gölü ərazisinə səfəri

Fransanın Baş Naziri yanında Dövlət islahatları və Sadələşdirmə məsələləri üzrə Dövlət Katibi Jan-Vənsan Plase Böyükşor gölü ərazisində İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov və Təmiz Şəhər ASC-nin sədri Etibar Abbasov tərəfindən qəbul edilmişdir.
Dövlət Katibi gölün təmizlənməsi və bərpası işlərinin irəlilədiyinin şahidi olmuşdur. Gölün mərkəzi və qərb hissələrinin işlənməsini nəzərdə tutan 2-ci mərhələ üçün əsaslandırma layihəsinin hazırlanması Fransanın SUEZ şirkətinə həvalə olunmuşdur. Daha sonra, Nazir müavini Niyazi Səfərovla görüş iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparmağa imkan yaratmışdır.

JPEG
JPEG
JPEG
Photo / © APA - JPEG

publie le 15/02/2017

hautdepage