Jan-Vənsan Plasenin 8 fevral 2017-ci il tarixində Bakı şəhəri Yasamal rayonunda yerləşən 3 saylı ASAN xidmət mərkəzinə səfəri [fr]

Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə Dövlət katibi Jan-Vənsan Plase 26 yanvarda Paris şəhərində Fransa Milli Məclisinin təşkil etdiyi “İctimai xidmətlərə və vətəndaşlığa giriş” mövzusundakı konfransda iştirak zamanı görüşdüyü, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimovla yenidən görüşməyə çox məmnun olmuşdur. Dövlət katibi Agentliyin elektron idarəetmə vasitəsilə uğurla həyata keçirdiyi ictimai xidmətlərin sadələşdirilməsi və müasirləşdirilməsi təcrübəsinə marağını bir daha ifadə etmişdir.

Sonra Dövlət katibi Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur. O, ASAN xidmət tərəfindən istifadəçilərə təklif edilən internet xidmətlərinin sayının və yüksək keyfiyyətinin şahidi olmuşdur. Dövlət katibi həmçinin regionlarda elektron ictimai xidmətlər təklif edən səyyar ASAN xidmət avtobusu ilə tanış olmuşdur. Cənab Jan-Vənsan Plase ASAN xidmətlə Fransa təcrübəsi arasında böyük mübadilə və əməkdaşlıq potensialının olduğunu qeyd etmişdir.

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 13/02/2017

hautdepage