Alumni İFP School tədbiri

İFP School Alumni Assosiasiyasının prezidenti cənab Jan Sentenakın Bakıya səfəri münasibətilə təşkil olunmuş tədbir.

Axens və İFP School Alumni Assosiasiyasının prezidenti cənab Jan Sentenakın Bakıya səfəri münasibətilə, Fransanın Azərbaycandakı Səfirliyi, bu İnstitutun neft mühəndisliyi üzrə təhsil almış keçmiş məzunlarının şərəfinə tədbir təşkil etmişdir. Tədbirdə iştirak edən 8 məzunun hər biri Total-Socar təqaüdü ilə Fransada təhsil almışlar. Onlar hal-hazırda Azərbaycanın Socar Neft Şirkətində çalışırlar.

Bu tədbirdə həmçinin Totalın Azərbaycandakı baş direktoru cənab Döni Lömarşal, Socar Neft Şirkətinin vitse-prezidenti cənab Tofiq Bəhramov, eləcə də, bu məzunların təhsil aldığı universitetlərin (Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Universiteti) beynəlxalq əlaqələr üzrə rektor müavinləri də iştirak etmişdirlər. Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələr üzrə rektor müavini tədbirdə iştirak etmişdir. Bu ali təhsil ocağı, 2013-cü ildə İFP ilə anlaşma memorandumu imzalamışdı. Fransız-Azərbaycan universitetinin rektoru da tədbirdə iştirak edənlər arasında idi.

Bu tədbir, iştirak edən məzunlar üçün cənab Jan Sentenakla söhbət etmək və Fransada keçirdikləri illəri xatırlamağa fürsət yaratdı.

Qeyd edək ki, Socar şirkəti azərbaycanlı tələbələrin və işçilərin xaricdə təhsilini dəstəkləməkdə davam edir. Böyük Britaniyadan sonra, Socar təqaüdçülərinin seçdiyi ikinci ölkə Fransadır.

JPEG
JPEG
JPEG
JPEG

publie le 14/03/2017

hautdepage