Jan-Piyer Sovaj, Fransanın Strasburq universitetinin müəllimi, Kimya üzrə Nobel Mükafatı 2016

Fransanın Strasburq universitetinin görkəmli müəllimi və Elmlər Akademiyasının üzvü Jan-Piyer Sovaj 5 oktyabr 2016-cı il tarixində Nobel Mükafatına layiq görülmüşdür.

O, bu mükafata Northwestern Üniversitetindən Şotlandiyalı Ceyms Frazer Stoddart və Qroningue Universitetindən Hollandiyalı Bernard Ferinqa ilə birlikdə layiq görülmüşdür.

JPEG

Onlar dinamik molekulyar sistemlərin hərəkətləri: idarə olunan molekulyar maşın və mühərrik sistemlərinin inkişafı istiqamətində apardıqları tədqiqat işlərinə görə mülkafatlandırılmışdırlar.

Xatırladaq ki, sentyabrın 15-də Bakıda açılışı olan Fransız-Azərbaycan Universiteti (UFAZ), Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetləri arasındakı ikitərəfli tərəfdaşlığın nəticəsidir.

Kimya UFAZ-ın beynəlxalq müəllim heyyəti ( fransız,ispan,iran və azərbaycanlı ) tərəfindən tədris edilən və yüksək qiymətləndirilən dörd ixtisasdan biridir.

Faydalı linklər

UFAZ

Jean-Pierre Sauvage

publie le 06/12/2016

hautdepage