"İstedad pasportu" : Fransaya biletiniz! [fr]

"İstedad pasportu" : Fransaya biletiniz!

Fransaya investisiya qoymaq istəyirsiniz, gənc innovativ şirkətin işçisisən və yaxud Fransada bədii layihəniz var? İstedad pasportu sizin üçündür!

Yaşayış icazəsi " İstedad pasportu " Fransanın iqtisadi cəlbediciliyində iştirak etmək istəyən əcnəbilər üçün nəzərdə tutulub. İstər işçi və ya investor olmağınızdan asılı olmayaraq, peşəkar layihəniz çərçivəsində bu yaşayış icazəsi Fransada dörd ilədək qalmaq imkanı verir. Ailənizin üzvləri - həyat yoldaşınız və 18 yaşdan kiçik uşaqlar da çox illik yaşayış icazəsi alırlar.

Ətraflı məlumatları Fransa-Vizalar bölməsində tapa bilərsiniz : [ https://france-visas.gouv.fr/fr_FR/web/france-visas/passeport-talents].

Səfirliyin viza şöbəsinin heyəti də suallarınızı cavablandırmağa hazırdı. Bizə yazmaqdan çəkinməyin [mail: visas.bakou-amba@diplomatie.gouv.fr]!

JPEG
Foto@Francediplomatie

publié le 01/07/2020

haut de la page