İki böyük fransız ticarət məktəbi ilə əməkdaşlıq

ICD-Paris (Beynəlxalq Ticarət və İnkişaf İnstitutu) və CEFAM-Lyon (Fransız-Amerikan Menecmentlik məktəbi) fransız ticarət məktəblərinin nümayəndələri, Azərbaycanın ADA və İqtisadiyyat Universitetləri ilə tərəfdaşlıqlarını inkişaf etdirmək məqsədilə, oktyabr ayında iki dəfə Bakıya səfər etmişlər.

Bu sürətlə inkişaf edən əməkdaşlıq, ADA və İqtisadiyyat Universitetləri, eləcə də, Bakı Fransız Liseyi ilə, « Erasmus + » çərçivəsində, beynəlxalq ticarət və marketinq sahəsində ikitərəfli diplomların yaradılmasını, tələbə, fakültə və inzibati hərəkətliliyin sayını artırmaq məqsədi daşıyır. Bu fransız təhsil müəssisələri həmçinin, İCD və CEFAM müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün, şirkətlərdə təcrübə proqramları da təklif edir.

CEFAM bu yaxınlarda ADA-nın tələbələrini, eləcə də, administrativ işçilərini və fiziki məhdudiyyətli müəllimlərini bir akademik semestri üçün qəbul edəcəkdir : İCD və CEFAM, əlilliyi olan insanların, maraqlı maliyyə proqramlarından yararlanaraq keyfiyyətli təlimlərə çıxışı təmin edən bərabər imkanlar siyasəti həyata keçirir. Fransanın Azərbaycandakı Səfirliyi bu prosesi tamamilə dəstəkləyir.

publié le 12/11/2018

haut de la page