İFA-da Oxu Saatı [fr]

Övladınız 6-10 yaş aralığındadır? O zaman ona fransız dilində 1 saatlıq mütaliə dərnəyində iştirak etmə imkanı yaradın.

Strasburq Universitetinin tələbəsi, hal-hazırda Bakıda heyətimizə qoşulan Nadin iyul ayının hər çərşənbə axşamı saat 16.00-dan 17.00-dək « Oxu saatı » dərnəyini təklif edir. Fransız dili qısa hekayələr oxuyaraq Nadin uşaqlarla şən vaxt keçirəcək və onlara fransız dilində yeni sözlər öyrədəcək.

İFA-nın üzvləri üçün iştirak ödənişsizdir ( kurslar, kitabxana üzvlüyü). Üzvlüyü olmayanlar üçün iştirak haqqı 5 azn təşkil edəcək.

Yerlərin sayı məhdud olduğundan qeydiyyatdan keçmək önəmlidir.

Qeyd olunan tarixlərdə iştirak üçün tarixin üzərinə basaraq qeydiyyat formunu doldurmağınız xahiş olunur :

Çərşənbə axşamı 5 iyul 2022

Çərşənbə axşamı 12 iyul 2022

Çərşənbə axşamı 19 iyul 2022

Çərşənbə axşamı 26 iyul 2022

Ətraflı məlumat üçün : 012 596 35 80 / 051 207 02 98-99 və ya elektron adres contact@ifa.az

publié le 12/07/2022

haut de la page