İFA-da Fotoqrafiya üzrə silsilə konfransların keçirilməsinə start verilmişdir

Azərbaycandakı Fransız İnstitutu 21 fevral tarixində fotoqrafiyanın aktual məsələlərinə həsr olunmuş silsilə konfransların başlanmasına sahiblik etmişdir. Kuratorlar Birliyi Təşəbbüsünün rəhbərliyi altında təşkil edilən müzakirə foto sənətini təmsil edən 3 azərbaycanlı fotoqraf Sənan Ələsgərov, Eldar Əkbərov, Rüfət Abasın iştirakı ilə baş tutmuşdur.

Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşaviri Yohan Şitterer iştirak edən hər üç fotoqrafa və bu tədirlə bağlı layihə rəhbəri Könül Rəfiyevaya öz təşəkkürlərini bildirmişdir.O Fransanın Henri Kartyedən Bressondan Raymond Depardona qədər uzun müddətli fotoqrafiya ənənəsinə malik olduğunu vurğulamışdır.

Konfranslarda müzakirə ediləcək mövzuların qısa təqdimatından sonra, Sənan Ələsgərov, Eldar Əkbərov, Rüfət Abas çoxsaylı publikanın suallarını cavablandırmışlar.

Keçiriləcək növbəti konfranslar :
- Çərşənbə 1 mart, saat 19.00 : Fotoqrafiya ustalarının təcrübəsi
Sənan Ələsgərov tərəfindən

- Cümə axşamı 9 mart, saat 19.00 : Küçə fotoqrafiyası, Rüfət Abas tərəfindən

- Çərşənbə 15 Mart, saat 19.00 : Fotoqrafiyada estetika tərəfindən, Eldar Əkbərov tərəfindən

JPEG
JPEG
JPEG

publie le 08/03/2017

hautdepage