Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılışı

Heydər Əliyev Beynəlxalq Aeroportunda THALES tərəfindən lahiyələndirilmiş və təchiz olunmuş Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi 2018 –ci il fevralın 8-də “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iştiraki ilə baş tutdu. Bu mərkəz, regionda hava nəqliyyatı qovşağı olmasını hədəf seçən Bakı aeroportu üzərindən hava nəqliyyatı axının artımını tənzimləməyə imkan verəcək.

Azərbaycan həmçinin Avropa və Asiya arasında strateji qovşaq kimi çıxış edir və hər il 90 000 təyyarə ölkə üzərindən keçir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində hava nəqliyyatı 30 % artmışdı.

Photo/ © Azertac.
Photo/ © Azertac.
Photo/ © Azertac.
Photo/ © Azertac.
Photo/ © Azertac.

publie le 13/02/2018

hautdepage