« Goût de France/Good France » layihəsinin 2016-cı il buraxılışı

Fransanın Azərbaycandakı Səfiri, Zati-Aliləri xanım Orelia Buşez, 10 mart tarixində, « Goût de France – Good France » qastronomiya festivalının 2016-cı il buraxılışı münasibətilə səfirliyin iqamətgahında diplomatik korpusun, mədəniyyət sahəsinin və iş dünyasının tanınmış şəxsiyyətlərini qəbul etdi.

Alen Dükas və Xarici İşlər və İnkişaf Nazirliyinin təşəbbüsü ilə təşkil olunan « Goût de France » festivalı fransız həyat tərzini və ərzaqlarını tanıtmaq, Fransanı turistik istiqamət kimi dəyərləndirmək məqsədi daşıyır. Fransız qastronomiyası Fransanın turistik cəlbediciliyinin əsas elementidir : turizm « milli xəzinə »dir və 2015-ci ildə 80.3 milyon turist Fransaya gəlmişdir.

Bu festival, yüksək səviyyəli qastronomik tanışlıqdan əlavə, bazar ertəsi 14 mart tarixində132/134 nömrəli təhsil kompleksində aşbaz Tibo Beranın yerli ərzaqlarla hazırladığı « zövqlü yemək » reseptini gənclərimizə tanıtmaq üçün bir fürsət də oldu.

www.goodfrance.com saytında, festivalın Azərbaycandakı buraxılışında iştirak edən aşbazlarla tanış ola bilərsiz : Tibo Bera, Paris Bistro restoranının baş aşbazı ; Şadi Yared, Hyatt Regency-nin baş aşbazı ; Amit Taneja, Marriott Abşeronun baş aşbazı.

Partnyorlara təşəkkür edirik : « Goût de France 2016 » layihəsinin 3 iştirakçıları : « Paris Bistro » restoranı, « Hyatt Regency Baku » və « Marriott Absheron » otelləri ; bundan başqa, bu axşam məhsulları ilə birgə bizimlə olan Président, Moët&Chandon, Pierre Hermé ; « Italdezain » qrupundan Baccarat, Lampes Berger, Daum, Christofle, Alexandre Turpault ki,i böyük markalar.
Media partnyotumuz l’Officiel üçün xüsusi təşəkkürlər.

JPEG

JPEG

JPEG

publie le 14/04/2016

hautdepage