Görkəmli xeyriyyəçi və neft sənayesinin baronu Hacı Zeynalabdin Tağıyev nəslindən olan Alban Klodun Fransa səfirliyinə ziyarəti

Fransa səfirliyi 31 oktyabr tarixində, görkəmli xeyriyyəçi və ötən əsrin Azərbaycan neft sənayesinin ən böyük baronlarından biri Hacı Zeynalabdin Tağıyevin (1821-1924) uzaq nəslindən olan Alban Klodu qəbul etdi. Hacı Zeynalabdin Tağıyev xüsusilə Bakıdakı bir çox nüfuzlu və Avropa üslublu memarlıq binalarının, o cümlədən bu gün səfirliyin və Fransa iqamətgahının yerləşdiyi binanın inşasının maliyyəçisi olmağı ilə məşhurdur. Səfirliyin Əməkdaşlıq və Mədəni Fəaliyyət üzrə müşaviri cənab Jerom Kel, Alban Klodu səfirliyə ziyarəti zamanı müşaiyət etməkdən məmnun oldu. 1921-ci ildə həyat yoldaşı ilə birlikdə Fransaya sığınmaq üçün Azərbaycandan ayrılan Tağıyevin nəvəsi, Alban Klodun ulu nənəsidir. Bu məşhur ailənin ilk doğulmuş fransız uşağı - Albanın babası, 1924-cü ildə Marseldə anadan olmuşdur.

publié le 05/11/2019

haut de la page