"Global Startup Weekend Women Baku"

Fevralın 9-u, cümə günü ADA Universitetində Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşezin iştirakı ilə "Global Startup Weekend Women Baku" beynəlxalq müsabiqəsi başlayıb. Təqdimat mərasimində xanim Busez, qadınların yaratdığı startap layihələri dəstəkləməyi hədəfləyən bu beynəlxalq müsabiqənin ilk dəfə 2017-ci ildə Parisdə başladığını xatırlatdı.

Bu təşəbbüs 2017-ci ilin dekabrında Avropa və Xarici İşlər Naziri Jan-Iv Lö Drian tərəfindən təqdim edilən Fransanın beynəlxalq rəqəmsal strategiyasının davamıdır
(https://www.diplomatie.gouv.fr/en/french-foreign-policy/digital-diplomacy/digital-technology-and-international-issues/france-s-international-digital-strategy-a-diplomatic-roadmap-for-the-future/).

Müsabiqə üzrə seçimin sonunda xanım Nazənin Cavadova və Səkinə Nəğizadənin təqdim etdiyi "Talent Port" layihəsi mükafatlandırıldı.

Bu iki təşəbbüskar qadın 2018-ci il, martın 7-də Parisdə keçiriləcək Global Startup Weekend Women müsabiqəsinin beynəlxalq finalında Azərbaycanı təmsil edəcəklər. Müsabiqənin finalı 23 ölkədən 2000 iştirakçını bir araya gətirəcək.

Daha ətraflı məlumat üçün :

http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361

publié le 05/03/2018

haut de la page