Gilan Hollding ilə Accor Group arasında Badamdar Hotelin Pullman tərəfindən idarə olunmasına dair müqavilənin imzalanma mərasimi

5 oktyabr 2016-cı ildə Səfir Orelya Buşez Gilan Hollding ilə Accor Group arasında Badamdar Hotelin Pullman tərəfindən idarə olunmasına dair müqavilənin imzalanma mərasimində iştirak etmişdir. Bu sənəd Accor Grupunun regionda mühüm olan Azərbaycan bazarına daxil olmasını təsdiq edir.

Badamdar Hotel Azərbaycanın ən böyük otellərindən biri sayılır. Belə ki, oteldə 280 qonaq otağı, 70 kvadratmetrlik banket zalı, 3000 kvadratmetrlik SPA-mərkəzi, xidmət apartamentləri, ofislər, restoranlar, kafelər, uşaq əyləncə mərkəzi və ticarət mərkəzi fəaliyyət göstərir.

Xanım Buşezin qeyd etdiyi kimi, bu müqavilə turizm sahəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan verəcək. Pullman brendinin yüksək xidmət ənənəsinin və bu otelin nüfuzunun vəhdəti Azərbaycanın keyfiyyətli turist məkanına çevrilməsi məqsədi ilə üst-üstə düşür.

JPEG - 250.9 ko
Photo / © Hôtel Badamdar

publie le 15/11/2016

hautdepage