Gəncədə « Kampus Frans Günləri ». (Campus France)

Fransada təhsilin təbliği çərçivəsində, Azərbaycanda Fransız İnstitutunda yerləşən Kampus Frans nümayəndəliyinin iki əməkdaşı 24 və 25 may tarixlərində Gəncə şəhərində olublar.

« Regionlarda Kampus Frans Günləri» missiyaları ilkin olaraq Gəncə Dövlət Universitetində baş tutdu. Bu səfərin məqsədi tələbələrin, pedaqoji heyətin və müəssisə rəhbərliyinin Fransada təhsilə dair müxtəlif imkanlara və Fransanın Azərbaycandakı Səfirliyinin təqdim etdiyi təqaüd proqramına diqqətini cəlb etməkdən ibarət idi. Kampus Frans əməkdaşları Fransada təhsilə dair ümumi konfrans keçirdilər və qeyri-rəsmi qaydada incəsənət sahəsi üzrə tələbələrə sual-cavab yolu ilə məlumat verdilər. İkinci gün fərdi müsahibələr eləcədə Kampus Frans stendində əyləncəli və məlumat xarakterli dərnəklər baş tutdu.

Həmçinin, Campus Frans məsul şəxsi və Universitetlərarası əməkdaşlıq üzrə ataşesi rektor cənab Yusif Yusibov ilə görüşdü. Bu görüş Gəncə səfərinin önəminin artırdı və Fransa Səfirliyinin Gəncə ilə əməkdalığı inkişaf etdirmək və davamlı əlaqələr qurmaq istəyini bir daha möhkəmləndirdi.

Gəncədə bundan sonrakı « Campus Fransa Günləri » gələn il nəzərdə tutulub və orada « orta təhsilli » şəxslərə şamil olunaraq, Gəncə məktəblərinin şagirdlərinə Fransada ali təhsil haqqında məlumat veriləcəkdir.

publie le 06/06/2018

hautdepage