Gəncə Dövlət Universitetində Aleksandr Düma Məkanının rəsmı açılışı [fr]

Çərşənbə günü 4 dekabr 2019- cu il tarixində, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Cənab Yusif Yusibov və Fransanın Azərbaycandaki səfiri Cənab Zakari Qross Universitetin yeni binasında « Aleksandr Düma Məkanı »-nın açılışını etmişdirlər. Bu məkanda İFA-nın fondundan hədiyyə olunmuş 2000-dən artıq bədii ədəbiyyat kitabları və fransız dilinin öyrənilməsində istifadə olunan dərs vəsaitləri yer alır. Bundan əlavə, yeni quraşdırılmış cihazlar vasitəsilə FRED və TV5 Monde onlayn pedaqoji platformalarına qoşulmaq imkanı yaradılmışdır.

Universitetin rektoru cənab Yusif Yusibov çıxışında azərbaycan-fransa əlaqələrinin əhəmiyyətindən söz açdı və fransız məkanının açılmasına Fransanın Yuxarı Alzas regionun Müluz şəhərinin Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi mədəniyyət mərkəzindən ilham alındığını vurğuladı. 1999-cu ildən etibarən yaradılan fransız dili fakültəsi Universitetdə önəmli məna kəsb edir. Cənab rektor İFA ilə əməkdaşlığın əhəmiyyətindən söz açdı və yeni məkanın fəaliyyətinin zəngin olacağına, tələbələrin asudə vaxtlarının keçiriləcəyi yer olacağına əminliklə inandığını söylədi.
Cənab səfir isə bu əməkdaşlığın daimi olacağına, burada eləcə də Fransada müəllimlər üçün mütəmadi peşə təlimlərinin keçiriləcəyinə və mədəni tədbirlər ocağına çevriləcəyinə ümid etdi. 2020-ci ilin yaz aylarından başlayaraq GDU-da fransız dili daşıyıcısı olan müəllim 3 ay ərzində gələcək illərdə isə 6 və 9 ay ərzində tədris keçəcəkdir.

Məkanın rəsmi açılışından sonra səfər Gəncə şəhər 4 nömrəli məktəbdə davam etmişdir. Burada rus bölməsinin şagirdləri fransız dilini xarici dil fənni kimi öyrənirlər.

publié le 20/01/2020

haut de la page