Fransız şərab və spirtli içkilərin dequstasiyası [fr]

Fransanın Azərbaycandakı səfiri, Orelia Buşez və Business France-ın Rusiyadakı Bürosunun inkişafı üzrə məsul şəxs Marf Doken Makrofun iştirakı ilə Business France tərəfindən təşkil olunan fransız şərabları və spirtli içkilərin dequstasiyası seansı noyabrın 20-də Fransa səfirliyinin iqamətgahında baş tutdu. Azərbaycan ilə ixracat üzrə tərəfdaşlıq əlaqəsi qurmağı arzulayan 3 tanınmış fransız şirkəti Bordo, Burqon, Bojole, Lanqdok şərabları və Armanyakı təqdim etdilər.

Dekomb şərabları (Vins Descombe), ailəvi şirkət olub, hal-hazırki sahibi olan Fransua Dekombun ulu babası tərəfindən 1905-ci ildə yaradılıb. İlk olaraq Bojole (Beaujolais) ilə, sonra Kot du Ron şərabı ilə şirkət inkişaf etdi. Şirkət ABŞ, Rusiya və Asiyaya şərab ixrac edir və Kırğızıstanda filialı var.

1979 -ci ildə yaradılmış və Fransada birinci yeri tuta özəl çaxır istehsalçısı Qran Şe dö Frans (Grands Chais de France) Elzas, Jura, Lanqdok, Val dö Luar və Burqon kimi tanınan şərabçılıq regionlarında mövcuddur.

Armanak Kastared (Armagnac Castarède) 1832-ci ildə əsası qoyulub və ən qədim Armanak ticarət evidir. Millezim üzrə mütəxxəsis olmaqla, ən qədimi 1893-cü ilə təsadüf edən önəmli millezim kolleksiyasına başçılıq edir.

Fransa iqtisadiyyatının beynəlxalq aləmdə tanınmasına xidmət edən milli Operator Business France, regionların, şirkətlərin, Fransanın təklifini cəlbedici olmasını təşviq edir və ona böyük önəm göstərir. Kiçik və orta sahibkarlar üçün biznes əlaqələrinin yaranmasını asanlaşdırmaq və onları ixracatda uzun müddət qalmasına tövhə vermək məqsədilə Business France bazarlarda şirkətlərin seçdikləri yerli tərəfdaşlarla şirkətlər arasında əlaqə yaradır.Şərablar və spirtli içkilər Fransız iqtisadiyyatının əsas sektorunup təşkil edir, bu sahə, Fransa ixracatında 2-ci yeri bölüşdürür, 1-ci yerdə aviasiya və 3-cü yerdə kosmetikadır. Fransa dünyanın ən böyük şərab ixracatçısıdır. Fransız şərabının mükəmməlliyi hər yerdə tanınır.Beləliklə Fransanın Kənd təsərrüfatı nazirliyi Tastin’France keyfiyyət nişanı yaradır və o hər il dünyanın 70 ölkəsində Business France-nın təşkil etdiyi peşakar dequstasiya tədbirlərinin bir yerə toplayır.
Ilk dəfə olaraq Bakıda Business France tərəfindən Tastin France təşkil edilir.

Dégustation de vins et spiritueux français
Dégustation de vins et spiritueux français
Dégustation de vins et spiritueux français

publie le 27/11/2017

hautdepage